Bu məmurlar xaricdə istirahət edir, çünki... - Peskov

Rusiyada bir çox məmur koronavirus təhlükəsini kifayət qədər ciddi qəbul etmədi.

Bunu Kreml sözçüsü Dmitri Peskov virus dövründə bəzi rusiyalı məmurların xaricdə istirahət etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bəziləri məlumatsızlıqdan, bəziləri isə digər səbəblərdən pandemiyaya laqeyd yanaşdı:

"Ancaq bu və ya digər şəkildə hamı təhlükənin bu qədər böyük olduğuna dərhal inanmadı".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31