Nasistlər öldürə bilmədi, korona öldürdü
27 Aprel 2020 15:11 DünyaNasistlərin Osvensim düşərgəsinin sağ qalan əsirlərindən olan Anri Kiçka Brüsseldə qocalar evində 95 yaşında dünyasını dəyişib.
Bu məlumatı onun oğlu Mişel Kiçka yayıb. Onun koronavirus ucbatından öldüyü bildirilib.
Qeyd edək ki, Anri Kiçka 1926-cı ildə Brüsseldə yəhudi ailəsində anadan olub. Onun valideynləri Polşadan Qərbə qaçıblar. 1942-ci ildə Belçikanın işğalından sonra Anrinin atası və anası deportasiya olunub.
Anrinin anası, bacısı və xalası Osvensim qaz kamerasında qətlə yetiriliblər.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31