Rusiyada son bir sutkada 50 nəfər koronavirusun qurbanı oldu
27 Aprel 2020 14:50 DünyaRusiya yeni növ koronavirus infeksiyasına (COVİD-19) yoluxma sayına görə Çini ötdü.
Bu barədə Federla operativ mərkəz "Vkontakt"da məlumat yayıb.
Daha çoz ölənlər Moskvada qeydə alınıb. Moskvada son bir sutkada ölənlərin sayı 31 nəfər olub. 4 nəfər İnquşetiyada, 3-2 Ryazan vilayətində, 2-i Volqoqrad vilayətində, Yaroslavl, Rostov, Bryansk, Nijeqorodskoy, Ulyanovsk, Pskovskiy vilayətləri, Karaçay-Çerkes, Xantı-Mansiysk və Yakutiya Muxtar dairələrinin hərəsində bir nəfər ölüm qeydə alınıb. Bununla da Rusiyada koronavirusdan ölənlərin sayı 794 nəfərə çatıb.
Rusiyada virusa yoluxanların sayı isə 87 147 nəfərə çatıb. Bununla da Rusiya yoluxma sayına görə koronavirusun mənbəyi olan Çini arxada qoyub. Çində indiyədək 84.5 min yoluxma qeydə alınıb.
Ölkə.Az