Türkiyə otelləri bu xidmətdən imtina edir

Türkiyə otelləri yeni mövsümdə xüsusi qaydalarla fəaliyyət göstərəcək.

Olaylar.az  xəbər verir ki, bunu Türkiyənin Turizm naziri Məhməd Ərsoy deyib.

Onun sözlərinə görə, yalnız sağlamlıq sertifikatı alan otellər fəaliyyət göstərə biləcək.

Yeni qaydalara əsasən, otellər yalnız otaqlarının yarısından istifadə edəcək, əməkdaşlarını hər gün tibbi müayinədən keçirəcək, restoranlarda insanlar arasında məsafənin saxlanılması üçün stulların sayı azaldılacaq, "İsveç stolu"ndan tamamilə imtina olunacaq.

Bundan başqa çimərliklərdəki günlüklərin də sayı azaldılacaq.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31