Almanlarla ruslar koronavirusa qarşı birgə mübarizəyə keçir
27 Aprel 2020 12:40 DünyaAlmaniya Rusiyanın koronavirus infeksiyasına qarşı birgə mübarizə təklifini dəstəkləyib.
Bu yöndə ilk addımı Rusiyanın Mərkəzi Epidemioloji Elmi-Tədqiqat İnstitunun iştirakı ilə "Rospotrebnadzor" və Almaniyanın tibb sahəsində elmi tədqiqatlarla, müxtəlif araşdırmalarla məşğul olan Robert Kox İnstitutu atıb.
Hər iki tərəfin keçirdiyi videokonfransda koronavirusla birgə mübarizə, pandemiyanın növbəti mərhələsi barədə fikir mübadiləsi aparılıb.
moderator.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31