Türkmənistan müsəlmanları koronavirusdan qorxmadan Prezidentin ardınca məscidlərə axışdılar

Qonşu respublikaların rəsmiləri müqəddəs Ramazan ayında vətəndaşlarını evdə namaz qılmağa və iftar açmağa çağırdığı halda  Türkmənistan sakinləri  həmişəki kimi məscidləri kütləvi şəkildə ziyarət etməyə davam edir. 

Koronavirus  epidemiyası fonunda Türkmənistandakı müsəlman məbədləri normal şəkildə fəaliyyət göstərir. Cümə və Təravih namazına qatılan ziyarətçi sayı "COVID-19"-dan əvvəlki dövrdə qılınan namazlardakından praktiki olaraq aşağı deyil.  Bu cür duruma orucun ilk günündə iki il əvvəl qurulan Həzrət Ömər məscidini ziyarət edərək kollektiv iftara qatılan Respublika Prezidenti Qurbanqulu Berdimuhəmmədovun mövqeyi də təkan verib. 

Türkmənistandakı məscidlərdəki vəziyyət həm də regiondakı indiyə qədər yoluxma hallarının qeydə alınmadığı  əlverişli epidemioloji vəziyyətin qorunması ilə izah olunur. Maraqlıdır ki, qonşu Tacikistanda, rəsmi məlumatlara görə, koronavirusa yoluxma halları olmasa da, yerli hakimiyyət infeksiyanın yayılmasının qarşısını alacaq tədbir olaraq məscidləri bağlayıb. Üstəlik, bu respublikanın prezidenti Emoməli Rəhmon, Ramazan ayının daha "əlverişli zamana" təxirə salınmasını təklif edib.

Xatırladaq ki, mart ayının sonunda bir sıra Qərb nəşrləri  Türkmənistanda guya ölümcül virusun yayılmasına rəğmən ölkə Prezidentinin göstərişi ilə "koronavirus" termininin  işlənməsinin qadağan olunması barədə informasiya yaymışdı.

moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31