Peskov: "Putinin fenomenal yaddaşı var"
27 Aprel 2020 12:15 DünyaRusiya Prezidenti Vladimir Putin çox yaxşı bir yaddaşa sahibdir, buna görə də böyük tədbirlərdə suflyordan istifadə etmir.
Olaylar.az xəbər verir ki, bunu AiF-ə müsahibəsində mətbuat katibi Dmitri Peskov söyləyib.
Jurnalistlər prezident köməkçisindən Putinin fenomenal bir yaddaşa sahib olub-olmadığını soruşublar.
Peskov qeyd edib ki, siyasətçiyə yalnız yaxşı yaddaşla yanaşı, həm də hər bir çıxışı öncəsi hərtərəfli hazırlaşmaq da kömək olur.
"O, ekspert biliklərini bütün məsələlər üzərində araşdırır, hər dəfə başında olan məlumatlar silsiləsini yeniləyir" deyə Peskov əlavə edib.
Onun sözlərinə görə, Putin heç vaxt danışıqlara və görüşlərə hazırlıqsız gəlmir.
konkret.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31