Qazaxıstanda koronavirusla bağlı fövqəladə vəziyyətin müddəti uzadıldı

Koronavirusla bağlı fövqəladə vəziyyətin müddəti uzadıldı Qazaxıstanda

Qazaxıstan hakimiyyəti koronavirus pandemiyasına görə ölkədə tətbiq olan fövqəladə vəziyyəti mayın 11-nə qədər uzadıb. Bu barədə Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, ölkədə mövcud vəziyyət nəzərə alınaraq dövlət komissiyasının və ekspertlərin təklifi əsasında Qazaxıstanda fövqəladə vəziyyət rejiminin mayın 11-dək uzadılılıb. Bundan sonrakı addımlar epidemiyanın yayılma sürətindən, gedən proseslər əsasın müəyyən ediləcək.

Qeyd edək ki, Qazaxıstanda koronavirus epidemiyasının pik həddi tam başa çatmayıb və vəziyyəti nəzarətdən çıxarmaq təhlükəsi hələ də qalmaqdadır.

sia.az

100 yaşlı qadın lokumdan boğularaq öldü - Türkiyədə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31