ABŞ-ın Luiziana ştatında silahlı hücum

ABŞ-ın Luiziana ştatının paytaxtı Baton Roujda baş verən silahlı hücumda 1 polis ölüb, 1 polis isə yaralanıb.

Olaylar.az xəbər verir ki, Baton Rouge Təhlükəsizlik Müdiri Murphy Paul yerli mətbuata açıqlamasında, şəhərin şimalındakı yaşayış sahəsinə gedən 2 polis məmurunun bir cinayət şübhəlisi haqqında aldıqları hesabatı qiymətləndirmək üçün hücuma məruz qaldığını söyləyib.

Paul, yaralı polis məmurlarından birinin öldüyünü söylədi.

SWAT komandası (Xüsusi Silahlar və Taktika) ilə bir evdə gizlənən şübhəli arasında qarşıdurma yarandığını bildirən Paul, Ronnie Kato adlı 36 yaşlı şübhəlinin təxminən 4 saat davam edən qarşıdurmadan sonra olduğu evdə tutulduğunu qeyd edib.

unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31