Rusiya taxıl ixracını dayandırdı
27 Aprel 2020 11:03 DünyaRusiya Avrasiya İqtisadi İttifaqının sərhədləri xaricinə taxıl məhsullarının ixracını dayandırıb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi informasiya yayıb.
Açıqlamada bildirilib ki, qərar buğda, çovdar, arpa və qarğıdalı məhsullarının 1 iyula qədər ixracının dayandırılmasını ehtiva edir. Qərarın verilməsinə səbəb isə bu məhsulların ölkə bazarlarında qiymətlərinin balanslaşdırılması, ölkənin taxıl məhsullarına olan ehtiyacının qarşılanması olduğu bildirilir.
Qeyd edək ki, Rusiya hökuməti ötən ilin sonunda taxıl məhsullarına kvota tətbiq edib. Bu məhsulların ixrac həcmi 7 milyon ton müəyyən edilib.
Məlumat üçün bildirək ki, ittifaqa Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31