Kim Çeni hansı Kim əvəz edəcək: Bacısı, dayısı, yoxsa qardaşı?.. - Rus ekspert
27 Aprel 2020 09:32 DünyaRusiya Elmlər Akademiyası Uzaq Şərq İnstitutunun Koreya üzrə aparacı əməkdaşı Konstantin Asmolov Şimali Koreya lideri Kim Çen Inı əvəzləyə biləcək şəxslərin adını çəkib.
Teleqraf.com xəbər verir ki, Konstantin Asmolovun fikrincə, Şimali Koreya rəhbərinə varis bu illər ərzində Şərqi Avropada diplomatik xidmətdə olmuş əmisi Kim Pxyon İr ola bilər.
Ekspertin sözlərinə görə, bu ölkədə hakimiyyətin irsən ötürülməsi ciddi şəkildə qapalı saxlanır, müvafiq sənədlərə çox az adamın əli çatır.
Daha bir namizəd Kim Çen Inın böyük qardaşı Kim Çen Çxolya hesab olunur. Bəziləri düşünürdü ki, atasından sonra hakimiyyətə məhz Çxolya gələcək, amma bu, baş tutmadı.
Kim Çen Inın rəsmi varisi isə bacısı Kim Yo Çjon elan edilib. Bu barədə Əmək Partiyasının ötən il keçirilən iclasında qərar qəbul olunub.