Fransada 23 minə yaxın insan koronavirusdan öldü

Fransada son sutka ərzində 242 nəfər koronavirusdan ölüb, 461 yeni yoluxma faktı qeydə alınıb. BakuPost.az xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.Bildirilib ki, Fransada epidemiya başlayandan indiyədək 22 min 856 nəfər dünyasını dəyişib. Qocalar evlərində, tibbi və sosial müəssisələrdə ölənlərin sayı 8654 nəfərdir. Koronavirusa yoluxanların ümumi sayı isə 124 min 575-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31