Türkiyənin paytaxtı Ankarada gecə saatlarında zəlzələ baş verib.
Publika.az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 02:27-də Akyurt rayonunda qeydə alınıb.
3,7 bal gücündə olan zəlzələnin episentri yerin 14 kilometr dərinliyində olduğu müəyyənləşib.
Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.