Dünyada koronavirusdan ölənlərin SAYI AÇIQLANDI - Şok rəqəmlər
26 Aprel 2020 01:17 DünyaDünyada COVİD-19-dan ölənlərin sayı 200 400-ə, yoluxanların isə sayı 2 867 574 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu günə qədər ən çox itki ABŞ-da görülüb. Orada virusdan 52 838 adam ölüb.
Amerikanı 26 384 itki ilə İtaliya, 22 902 itki ilə İspaniya, 22 245 itki ilə Fransa, 20 319 itki ilə İngiltərə, 6 917 itki ilə Belçika, 5 805itki ilə Almaniya, 5 650 itki ilə İran və 4 632 itki ilə Çin izləyir.
1000-dən çox ölüm qeydə alınan digər ölkələr belə sıralanır:
"Niderland (4 min 409), Braziliya (3 min 704), Türkiyə (2 min 706), Kanada (2 min 302), İsveç (2 min 192), İsveçrə (1593), Meksika (1221) və İrlandiya (1014) .
Ümumilikdə isə virusa yoluxan 823 461 nəfər müalicə alaraq sağalıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31