Koronavirus vaksini meymunlar üzərində uğurla sınaqdan keçirilib

Çin alimləri meymunlarda koonavirus peyvəndin testinin müsbət olduğunu və virusa yoluxmasının qarşısını aldığını bildiriblər.
Koronavirus peyvəndi və sınaqları ilə bağlı müxtəlif xəbərlərin yayılmasına baxmayaraq insanlar üçün heç bir nəticə əldə olunmayıb. Lakin çinli alimlər meymunların virusa yoluxmasına mane olan bir peyvənd hazırlaya bildiklərini açıqlayıblar.

Peyvənd aktiv olmayan koronavirusdan hazırlanır və istifadə olunan formul köhnədir. Peyvənd sınaqdan keçirildiyi vaxtdan meymunlarda heç bir yan təsir göstərməyib.

Təcrübədə istifadə olunan meymunlara virusun onlara ötürülməsindən üç həftə keçib və onlarda hələ ki, heç bir hal baş verməyib. Peyvəndin müxtəlif dozaları meymunlarda təcrübə olunub.

eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31