Rusiyada daha bir deputat koronavirusdan öldü
25 Aprel 2020 13:54 DünyaSoçi Şəhər Məclisinin deputatı Konstantin Qerqişan 63 yaşında koronavirusdan ölüb.
Olaylar.az xəbər verir ki, bu məlumatı şəhər meri Aleksey Kopayqorodsk yayıb. O, Qerqişanın ölümündən öncəki bir neçə gün ərzində komada olduğu bildirilib.
Qeyd edək ki, Qerqişan ehtiyatda olan polkovnik idi.
Xatırladaq ki, bundan öncə Rusiyanın Moskva vilayəti Dumasının hakim Vahid Rusiya Partiyasından 64 yaşlı deputatı İvan Jukov da koronavirusdan dünyasını dəyişmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31