Rusiyada sərnişin helikopteri sərt eniş edib - Xəsarət alanlar var

Rusiyanın Yamal-Nen muxtar mahalında Mi-26 sərnişin helikopteri sərt eniş edib.

Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Onlar Novı Urenqoy şəhərində xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.

Helikopterin sərt eniş etməsinin səbəbləri ilə bağlı araşdırma aparılır. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31