"Taliban" üzvləri azadlığa buraxıldı

ABŞ ilə "Taliban" arasında əldə olunan razılaşma əsasında Əfqanıstan həbsxanalarındakı daha 250 "Taliban" üzvü sərbəst buraxılıb.

Bu barədə Əfqanıstan Milli Təhlükəsizlik Şurası rəsmisi Cavid Faisal açıqlama verib.

O, beləcə azadlığa buraxılan "Taliban" üzvlərinin sayının 550 olduğunu bildirib.

Prosesin davam edəcəyini bildirən Faisal "Taliban"ın əlindəki girovların da sərbəst buraxılmasını gözlədiklərini qeyd edib.

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31