Belçikada mayın 4-dən evdən kənarda idman etməyə icazə veriləcək

Belçikada karantin zamanı tətbiq olunan məhdudiyyətləri tədricən ləğv etmək qərara alınıb.

TASS xəbər verir ki, dövlət artıq COVID-19-un pik nöqtəni keçdiyini və mayın 4-dən etibarən tədricən karantin rejiminin ləğv ediləcəyini açıqlayıb.

Əvvəlcə təmiz havada qaçışa və idman etməyə imkan veriləcək - bir şərtlə ki, həmin şəxslər iki nəfərdən çox olmayan qruplarla hərəkət etsinlər.

Digər yumşalma tədbirləri epidemioloji vəziyyəti nəzərə alaraq, mayın 11-dən sonra davam edəcək.

Çölə çıxarkən maskadan istifadə etmək zəruridir.

Qeyd edək ki, Belçikada son bir gündə koronavirusa yoluxma və ya ölüm halı baş verməyib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31