Səudiyyə Ərəbistanı "qamçı" cəzasını LƏĞV ETDİ
25 Aprel 2020 12:28 DünyaSəudiyyə Ərəbistanında şallaq cəzasının əvəzinə həbs və pul cəzası tətbiq olunacağı bildirilib.
"Reuters" xəbər agentliyinin Ali Məhkəmənin qanuni sənədlərinə əsaslandığı xəbərinə görə qərar bu ay Kral Salmanın rəhbərliyi və vəliəhd şahzadə Məhəmməd bin Salmanın birbaşa nəzarəti altında insan hüquqları islahatları çərçivəsində qəbul edilib. Sənəddə deyilir:
"Səudiyyə Ərəbistanı insan haqları qrupları tərəfindən müxaliflərə qarşı həbs cəzası, ifadə azadlığının məhdudlaşdırılması və jurnalist Cemal Kaşıkçının öldürülməsinə görə tənqid edilirdi".
Qeyd edək ki, 2015-ci ildə yazıçı Raif Bədavi "kiber cinayət" və "İslamı təhqir etdiyinə" görə şallaq cəzası ilə cəzalandırılmışdı. Belə ki, Bədəviyə həftədə 1000 dəfə şallaq cəzası tətbiq edilirmiş. Dünyada buna göstərilən böyük reaksiyalardan sonra Bədəvi ölüm ayağında olduğu vaxt cəza ləğv edilmişdi.
sonxeber.az