Süni aparatlar istənilən nəticəni vermir - ABŞ-da
25 Aprel 2020 12:16 DünyaKifayət qədər yüksək - 88 faizlik ölüm səviyyəsi ilə ölçülən Nyu-Yorkda və ətrafında COVID-19 virusuna yoluxmuş 2600 nəfər müalicə alan pasientin üzərində ciyərlərin süni havalandırılması aparatı ilə aparılmış geniş miqyaslı tədqiqatların nəticəsi məlum olub.Bu barədə Bloomberg yazır.
Qeyd olunur ki, tədqiqatın nəticəsi Journal of the American Medical Association (Amerika səhiyyə assosiasiyası) dərgisində dərc edilib.
Mütəxəssislər Nyu-Yorkda və Lonq-Aylend adasında fəaliyyət göstərən 12 xəstəxanaya martın 1-dən aprelin 2-dək yerləşdirilən koronavirusa yoluxmuş pasientlərin üzərində əldə olunmuş nəticələri araşdırıblar.
Əldə edilmiş məlumatlara görə, 553 pasinet (21%) həyatını itirib. Lakin ciyərlərinin havalandırılmasına ehtiyac yaranan 12% pasient arasında ölüm həddi 88%-ə qədər artıb. Bu səviyyə yaşları 65-dən yuxarı olan xəstələrdə daha çox müşahidə olunub. Onlardan yalnız 3%-i həyatda qala biliblər. Kişilərdə isə ölüm səviyyəsi qadınlardan daha çox olub.
Qeyd edilir ki, virusun qarşısı almaq üçün müvafiq dərmanlar olmadığı üçün, ümid yalnız süni aparatlara qalır. Lakin bununla yanaşı məlumatlar var ki, aparatlara qoşulmuş pasientlərin çox az hissəsi sağala bilirlər.
sia.az