Nigeriyada silahlı hücum: 7 ölü
25 Aprel 2020 10:40 DünyaQərbi Afrika ölkəsi Nigeriyanın şimal-qərbində, silahlı hücum nəticəsində 7 nəfər ölüb.
Naməlum silahlı şəxslər Katsina vilayətinin Çikun bölgəsində tarladan qayıdan kəndlilərə hcum ediblər.
Hücumda 7 nəfər öldürülüb, çox sayda insan yaralanıb, bir nəfər qaçırılıb.
Katsina Dövlət Polis Mətbuat katibi Gambo İsah hadisəni təsdiqlədi və bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirilib.
Bölgə zaman-zaman heyvandarlıqla məşğul olan Fulanilərlə əkinçiliklə yaşayan bəzi tayfalar arasında şiddətli qarşıdurmaların şahidi olur.
unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31