106 yaşlı qadın “ispan qripi”ndən sonra koronavirusa da qalib gəldi
24 Aprel 2020 19:10 DünyaUşaqlıqda "ispan qripi"nə yoluxmuş 106 yaşlı Ana del Valye adlı qadın koronavirusa da qalib gəlib.
Bu barədə İspaniyanın "Malaga Hoy" qəzeti yazıb.
106 yaşlı qadının gəlini Paki Sançesin sözlərinə görə, Ana del Valye yeddi yaşında "ispan qripi"nə yoluxub, hətta xəstəlik səbəbindən doğma bacısını da itirib.
Koronavirusa yoluxmazdan əvvəl Ana del Valye qocalar evində yaşayıb. Mart ayında qadının COVID-19-a yoluxduğu üzə çıxıb. Bu yaxınlarda xəstəliyə qalib gələn uzunömürlü qadın ardıcıl üç testin mənfi nəticə verməsindən sonra yaxınlarının yanına buraxılıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31