Keçmiş erməni nazir müavini: “Ermənistan hakimiyyətinin düzəlməz yalançılığı davam edir”

"Ermənistan parlamentinin "Mənim addımım" qapalı səhmdar fraksiyasının deputatlarının yaydığı absurdluqlar partiyasına "...hələ 2018-ci ilə qədər təqdim olunmuş və Qarabağ münaqişəsinin dinc nizama salınmasının mərhələli variantını nəzərdə tutan təkliflər Ermənistan üçün məqbul deyil" bildirərək XİN də qoşuldu". Bunu Ermənistan Müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistan hakimiyyətinin düzəlməz yalançılığı davam edir: "Məlum olur ki, Lavrov tərəfindən bildirilmiş, 2019-cu ildə razılaşdırılmış mərhələli həll haqqında ifadə sizi o qədər də narahat etməyib. Faktiki olaraq sizin əsas probleminiz bu məsələdə də dolayı yolla keçmiş hakimiyyəti günahkar hesab etməyinizdir".

ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31