Avropada ən çox axtarılan İŞİD üzvünü qulaqları ələ verdi - FOTO
24 Aprel 2020 16:47 DünyaAvropada ən çox axtarılan İŞİD terror təşkilatının üzvü, Misir əsilli Böyük Britaniya vətəndaşı Abdal Məcid Barini qulaqları ələ verib.
İspaniyanın Almeriya şəhərində 3 gün əvvəl polis tərəfindən saxlanılan terrorçu qulaqlarının forması sayəsində təsbit edilib.

Koronavirus səbəbilə tətbiq olunan karantini fürsət bilərək yaşadığı evi tərk edən 29 yaşlı Bari qoruyucu maska taxıb, lakin qulaqlarının forması polislərin diqqətini çəkib. Barmaq izlərinin analizi nəticəsində onun şəxsiyyəti təsdiq olunub.
Qeyd edək ki, Bari 2014-cü ildə müsəlmanlığı qəbul edərək Britaniyadan ayrılıb və Suriyaya gedərək İŞİD cəbhəsinə qatılıb. "Cihadçı reper" ləqəbi ilə tanınan Barinin sosial mediada kəsik başla fotosu paylaşılmışdı. O, Avropada ən çox axtarılan İŞİD üzvü idi.
publika.az