ABŞ-da prezident seçkiləri təxirə salına bilər
ABŞ-da prezident seçkiləri təxirə salına bilər
24 Aprel 2020 16:44 DünyaDonald Tramp koronavirusa görə ABŞ-da prezident seçkilərini təxirə sala bilər.
Bunu ABŞ-ın keçmiş vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə mümkün namizəd Co Bayden bildirib.
"Mənin dediklərimi yadda saxlayın. Fikrimcə, o, hansısa formada seçkini yubatmağa, bunun üçün müxtəlif səbəblər göstərərək təxirə salmağa cəhd göstərəcək"
Qeyd edək ki, ABŞ-da noyabrın 3-də prezident seçkisi keçiriləcək. Donald Tramp Respublikaçılar Partiyasının namizədi olaraq yenidən prezidentliyə namizəddir.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31