Gürcüstanda məktəblər sentyabradək açılmayacaq
Gürcüstanda məktəblər sentyabradək açılmayacaq
24 Aprel 2020 16:24 DünyaGürcüstanda məktəblər cari ilin 1 sentyabr tarixinədək açılmayacaq.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında bu barədə məlumat verib.
Baş nazir qeyd edib ki, hazırkı vəziyyətlə əlaqədar olaraq ölkədə vahid milli imtahanların vaxtında da gecikmə olacağı istisna edilmir.
Qeyd edək ki, Gürcüstanda məktəblər martın 2-dən tətilə buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31