İrəvanda erməni terrorçunun mis heykəlindən bir hissə oğurlayıblar
24 Aprel 2020 15:38 Dünyaİrəvanın Nor Areş 12 küçəsinin sakini M. Xaçik Erebuni polis bölməsinə müraciət edərək bildirib ki, martın 27-si saat 18:00-dan aprelin 20-si saat 18:00-a qədər olan müddət ərzində naməlum şəxs və ya şəxslər texniki vasitələrin tətbiq edilməsi ilə Arin Berd küçəsində yerləşən "Urartu İstehsalat Birliyi"nə daxil olublar. Onlar erməni terrorçu Soğomon Tehliryanın mis heykəlindən bir hissəni oğurlayıblar.
Bildirilir ki, Erebuni polis bölməsinin istintaq şöbəsində aprelin 20-də Erebuni polis bölməsinə müraciət etmiş şəxsin müraciət faktı üzrə materiallar hazırlanır.
ordu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31