Makron: “Avropanın bir hissəsi çöksə, bütün qitə çökəcək”
24 Aprel 2020 14:45 DünyaFransa Prezidenti Emmanuel Makron bütün Avropanı bürüyən səhiyyə böhranından sonra qitənin suverenliyinə doğru irəliləməyi vacib hesab edir.
E.Makron bu barədə brifinqdə etdiyi çıxışında bildirib.
"Avropa İttifaqına üzv olan 27 dövlət arasında qitə ölkələrinin strateji muxtariyyət layihəsi istiqamətində konsensus əldə edilir", - deyə E.Makron söyləyib.
Fransanın dövlət başçısı yalnız kreditlər deyil, həm də maliyyə köçürmələrini əhatə edən geniş canlanma planı haqqında çağırış edib.
O hesab edir ki, Avropanın bir hissəsi çöksə, bütün qitə çökəcək.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31