Moskva bayramı miskin qarşılayacaq – Qərar verildi

Moskva meriyası koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaranan vəziyyətə görə 1 may - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü münasibətilə şəhərin bəzədilməyəcəyini açıqlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə "İnterfaks"a Moskva merinin müavini Pyotr Biryukov məlumat verib.

"Çətin epidemioloji vəziyyəti nəzərə alaraq, bu il 1 may bayramı münasibətilə ənənəvi bayram tədbirlərini ləğv etməklə bağlı qərar qəbul edilib", - deyə agentlik onun sözlərindən sitat gətirir.

Merin müavini qeyd edib ki, şəhərin media-fasadlarında və rəqəmsal reklam lövhələrində təbrik roliklərinin və bayram video-açıqçalarının yayımı ləğv edilib.

Bundan əlavə bayram işıqları da yandırılmayacaq.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31