Saakaşvili: "Zelenski mənə bunları tapşırıb"

Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin baş nazirin islahatlar üzrə müavini postu təklifini qəbul etdiyini mediaya təsdiqləyib.

Olaylar.az xəbər verir ki, Saakaşvili bu barədə "Naş" telekanalına açıqlamasında deyib.

"Prezident mənə Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparmağı tapşırıb", - Saakaşvili bildirib.

Onun sözlərinə görə, Kiyevin daha aydın danışıqlara və daha məqbul şərtlərə ehtiyacı var.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31