Rusiya Dumasının sabiq deputatı həbs edilib - Jirinovskinin partiyasının liderlərindən olub

Rusyanın "Kommersant" qəzetinin məlumatına görə, V.Jirinovskinin sədri olduğu RLDP-nin Sankt-Peterburq şöbəsinin rəhbərliyində təmsilolunmuş, Dövlət Dumasının keçmiş deputatı Denis Volçek təqsirkar kimi saxlanılıb.

D.Volçek etibardan sui istifadə etməklə külli miqdarda pulu mənimsəyərək dələduzluqəməlində ittiham edilir.

O, FTX tərəfindənşəriki Zurab Pliyev ilə birlikdə həbs edilərək Moskva şəhərinə aparılıb. Onaqarşı Rusiya CM 159-cu maddəsi ilə (külli miqdarda dələduzluq) ittiham irəlisürülüb.

Volçekinmüdafiəsi ilə bağlı hər hansı məlumat verilməyib.

Qeyd edəkki, Denis Volçek 2002-ci ildən RLDP-nin Sankt-Peterburq şöbəsinin lideri kimipartiyadan 2007 və 2011-ci illərdə Dumaya deputat seçilib. Lakin sonralarpartiyanın lideri Vladimir Jirinovski onu siyahıdan çıxarıb. Buna səbəbVolçekin saxtakarlıqla məşğul olması olub.

moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31