Türkiyənin səhiyyə naziri: İstanbul Türkiyənin Uhanıdır
24 Aprel 2020 12:41 Dünyaİstanbul Türkiyənin Uhanıdır.
Bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
O bildirib ki, Türkiyə ərazisində koronavirusa ən çox yoluxma İstanbulda qeydə alınıb.
Nazir əlavə edib ki, Türkiyə bu problemin öhdəsindən gələcək, çünki səhiyyə sistemi mümkün olan hər şeyi edir.
Qeyd edək ki, bu günə qədər Türkiyədə 101 790 nəfər koronavirusa yoluxub, 2 491 nəfər ölüb.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31