Koronavirusa yoluxanların sayı 2,7 milyonu ötdü – Son rəqəmlər

Hazırda dünyada 2 712 258 nəfər COVID-19 xəstəsidir.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, koronavirusdan ölənlərin sayı 190 197 nəfərə çatıb.

Qeyd edilir ki, koronavirusdan ən çox insan ABŞ-da vəfat edib. Birləşmiş Ştatlarda 49 736 nəfər COVD-19-dan dünyasını dəyişib. İtaliyanın insan itkisi 25 549 nəfərdir. İspaniyada epidemiya qurbanlarının sayı 22 157 nəfər, Fransada 21 856 nəfər, Britaniyada 18 738, Belçikada 6 490, İranda 5 481, Almaniyada 5 404 nəfər, Çində isə 4 632 nəfərdir.

Bununla yanaşı, Niderlandda 4 177, Braziliyada 3 313, Türkiyədə 2 491, Kanadada 2 143, İsveçdə 2 021, İsveçrə 1 549 nəfər epidemiyanın qurbanı olub.

Hər kəs evinin pəncərəsindən “İstiqlal Marşı”nı oxudu - Video

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31