Oksford Universiteti insanlarda koronavirus peyvəndi sınaqlarına başladı
24 Aprel 2020 11:19 Dünyaİngiltərədəki Oksford Universiteti potensial yeni koronavirus peyvəndini 2 könüllü ilə insanlarda sınamağa başlayıb.
Peyvənd üçün sınaqlar ilk 2 könüllüdən başlanılıb.Onlardan biri potensial Kovid-19 peyvəndi, digəri isə nəzarət məqsədi ilə meningit peyvəndi ilə vurulub. 800-dən çox insanın qatıldığı araşdırmada könüllülər hansı peyvəndin vurulduğunu bilmir, bu məlumat yalnız fərqi araşdıracaq həkimlərə verilib.
İki peyvəndi vurulmuş könüllülər Elisa Granato və Edward Ochr("39")Neill, müalicədən ümidli olduqlarını söyləyiblər.
Tədqiqata rəhbərlik edən peyvənd Prof. Sara Gilbert potensial peyvəndə böyük bir inam olduğunu ifadə edərək, "Əlbəttə ki, insanlarda təsirinə baxaraq onu sınamalı və məlumat almalıyıq. Bu peyvəndi daha geniş əhalidə istifadə etmədən əvvəl işlədiyini və insanların yeni bir növ koronavirusa yoluxmasının qarşısını aldığını göstərməliyik" deyə bildirib.
unikal.org