Türkiyədə ətin qiyməti iki dəfə bahalaşdı
24 Aprel 2020 10:56 DünyaKoronavirus pandemiyası dünyada ərzaq məhsullarının qiymətinin bahalaşmasına səbəb olub.
Olaylar.az xəbər verir ki, qiymət artımı Türkiyədə özünü daha qabarıq şəkildə göstərir. Əvvəllər bir kiloqramı 35 lirəyə satılan çəkilmiş ət indi marketlərdə müştərilərə 70 lirəyə təklif olunur.
Türkiyə parlamentinin üzvü Okan Qaytancıoğlu yerli mətbuata verdiyi açqılamada ərzq məhsullarının qiymətinin bahalaşmasını hökumətin yanlış iqtisadi siyasəti ilə əlaqələndirib.
yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31