Lukaşenko koronavirusla bağlı Avropa ölkələrini TƏNQİD ETDİ

Belarus Prezidenti Aleksandr Lukaşenko Avropanın bəzi ölkələri tərəfindən koronavirus pandemiyası ilə bağlı atılan addımları sərt şəkildə tənqid edib.

Lukaşenko insanların immun sisteminin zəifləməsi səbəbindən xəstəliyin ikinci dalğasının gözlənildiyini bildirib.

"Qərbi Avropanın təcrübəsi insanları təcrid etməkdən ibarətdir. Onları dörd divar arasından çölə buraxmırlar. Sonra da bu üsulu bizə təqdim edirlər. Hal-hazırda həmin ölkələrdə hər gün 400-600 insan ölür", - deyə dövlət başçısı vurğulayıb.

Lukaşenko təcriddə qalan insanların dözümlülüyünün zəiflədiyini əlavə edib.

"Təcriddən sonra çölə çıxan həmin insanlar koronavirusa daha tez yoluxacaq", - deyə prezident qeyd edib.

Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31