Türkmənistanda məktəblilərə kütləvi peyvənd vurulur
Türkmənistanda məktəblilərə kütləvi peyvənd vurulur
24 Aprel 2020 10:45 DünyaTürkmənistan məktəblərində uşaqlar üçün profilaktik peyvəndlər milli təqvim çərçivəsində aparılır.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı turkmen.news nəşri yayıb.
Mənbə bildirir ki, 9 yaşlı qızlara iki mərhələdə bədxassəli yeni xəstəliklərə qarşı vaksin təyin edilir, 14 yaşlı uşaqlar BCG2 alırlar. Bu peyvənd vərəmdən qoruyur. Nəhayət, 15 yaşlı uşaqlar difteriya və tetanoza qarşı peyvənd olunur.
Eyni zamanda, ölkənin hər yerində məktəblərdə tibbi komissiyalar çalışır ki, bunlar da, uşaqların bu günə qədər ömrü boyu alacaqları bütün peyvəndləri yoxlayır. Bunun üçün sinif müəllimləri əvvəlcədən valideynləri klinikaya getmələrini və uşaqla birlikdə peyvənd kartlarının surətlərini vermələrini məcbur edirlər.