Koronanın daha 3 əlaməti ortaya çıxdı
24 Aprel 2020 10:30 DünyaYeni tip koronavirusun xüsusilə yaşlılarda rast gəlinən 3 yeni əlaməti ortaya çıxıb.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın Emori Universitetinin Heriatriya və Herontologiya şöbəsinin müdiri Kamil Voqan (Camille Vaughan) deyib.
O bildirib ki, ümumilikdə pandemiyanın bilinən 3 əlaməti var:
"Yüksək temperatur, öskürək və nəfəs darlığı. Ancaq yaşlı qrupda ölüm riski yüksək olanlarda isə bu əlamətlər yoxdur. Bunun əvəzinə yaşlı nəsildə fərqli əlamətlər üzə çıxır. Onlar normadan daha çox yatır, qidalanmaqdan imtina edirlər və fikirləri qarışıq olur. Yəni, ətrafda baş verənlərlə maraqlanmırlar".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31