Yanğın Polşanın ən böyük milli parkını məhv edir

Polşanın Bebjza Milli Parkında baş verən yanğın 6 min hektar ərazidəki yaşıllığı məhv edib.

AZƏRTAC xəbər verir ki, parkın ərazisinin 10 faizini məhv edən yanğınla mübarizə davam edir. Parkdakı yüzlərlə personal, onlarla texnika, habelə vertolyotlar vasitəsilə fəlakətin qarşısını alınmağa çalışılır.

Polşanın Ətraf Mühit Nazirliyinin ilkin açıqlamasında bildirilir ki, yanğın ətrafdakı fermerlərin quru ot yandırması nəticəsində baş verə bilər. Yanğının vüsət alması isə Polşada havaların çox quraq keçməsi ilə bağlıdır.

Parkın direktoru Andjey Qriqoryuk bildirib ki, parkda müxtəlif növ quşlar və heyvanlar yaşayır. Yalnız yanğın söndürüləndən sonra hansı itkilərlə üzləşdikləri məlum olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31