Yıldız Tilbə canlı yayımda biabır oldu
23 Aprel 2020 18:35 DünyaVətəndaşların xüsusi karantin rejimi dövründə evdə qalması və bu müddətdə zamanını maraqlı keçirməsi üçün dünyada bir çox sənətçilər sosial şəbəkədə canlı yayıma qoşulurlar. İzləyicilərinə motivasiya məqsədilə instaqramda canlı yayım açan müğənni Yıldız Tilbə çətin vəziyyətlə üzləşib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkədən aktiv istifadə etməyən Y.Tilbənin söhbət zamanı kamerası tərs çevrilib və masasının üstü görünüb. Onun canlı yayıma çıxmazdan əvvəl istifadə etdiyi makiyaj ləvazimatları və siqareti ekrandan görünüb. Hadisə yayımı izləyənlər tərəfindən gülüşlə qarşılanıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31