İran ABŞ gəmilərinə atəş açacaq
23 Aprel 2020 18:27 Dünyaİran öz təhlükəsizliyinə təhdid yaradan ABŞ gəmilərinə atəş açacaq.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami danışıb.
Komandanın sözlərinə görə, bu çərçivədə Hərbi Dəniz Qüvvələrinə əmr verilib.
Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinə onlara qarşı təhlükə yaranacağı təqdirdə, İran qüvvələrini məhv etməklə bağlı tapşırıq verdiyini açıqlamışdı.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31