Rusiya prezidentinin sözçüsü müxalifət liderinin planından xəbərdar olduğunu etiraf etdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müxalifət lideri Aleksandr Navalnının təqdim etdiyi planı 21 apreldə oxuduğunu söyləməklə bundan öncə dediklərini təkzib etmiş olub. 

Olaylar.az xəbər verir ki, media qarşısına çıxan Peskov Navalnının "Rusiya naminə 5 addım" planının günün reallığını əks etdirməyən populizmlə dolu bir sənəd olduğunu dilə gətirib. Peskov deyib: "Bilmirəm Kremldə kimsə bu sənədə baxıb, ya yox, amma mən iki gün öncə Navalnının təqdim etdiyi planı oxudum. Populist təkliflərdir, hamısı da reallıqdan uzaq". 

Qeyd edək ki, Aleksandr Navalnı "Rusiya naminə 5 addım" adlı planında hökumətə karantin müddəti ərzində əhaliyə subsidiyalar verilməsini, orta və kiçik biznesin dirçəlməsi üçün 2 trilyon rubl vəsait ayrılmasını, bir il ərzində bütün ölkədə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin verği borcunun sıfırlanmasını və kommunal ödəmələrin təxirə salınmasını təklif edib. Rusiyanın barışmaz müxtəlif lideri bütün bunların həyata keçirilməsi üçün hakimiyyətin gəlirlər barədə şəffaf hesabat verməsini və xaricə çıxarılan pul kapitalının yenidən ölkəyə qaytarılmasını istəyib.

moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31