Ukrayna Saakaşviliyə böyük ümidlə baxır - Jdanov

Ukrayna Prezidenti Vladimir Zelenskiyə ən vacib şeyi anlamaq üçün düz 1 il lazım oldu. Əgər o, ölkədə həqiqətən də nəyisə dəyişmək istəyirsə, yaxud da seçkiqabağı verdiyi vədləri yerinə yetirmək istəyirsə, ona Ukrayna korrupsiya sisteminə bulaşmayan adam lazımdır.

Bunu ukraynalı ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, Zelenskiyə azad insan lazımdır. Məhz buna görə də Mixail Saakaşviliyə Ukrayna baş nazirinin islahatlar üzrə müavini vəzifəsini təklif etməklə bağlı qərar verildi.

"Biz buna Ukraynanın baş naziri təyin olunma perspektivi kimi baxırıq. Bu da onun özünü islahatçı kimi göstərməsindən 3-4 ay sonra baş verəcək", - Jdanov bildirib.

Jdanov Ukraynada hətta Saakaşvili üçün "Taran-insan" ləqəbi də fikirləşiblər.

"Ümid edirik ki, o, həqiqətən də bu sistemi taran edəcək və bizim korrupsiyalaşmış dövlətimizdə formalaşan vəhşi dairəni qıracaq".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31