Bu ölkədə Ramazan ayında məscidıər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır.

Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarşı mübarizədə hətta yardım etdiyini bildirirlər.

Lakin bu ayda oruc tutmaqdan əlavə, insanlar məscidlərə də daha çox gedirlər.

Məlum məsələdir ki, hər yerdə izolyasiya tədbirləri elan olunduğu halda müqəddəs məkanlara gedənlərin də sayı minimuma düşəcək. Fransada isə Ramazan ayında bütün məscidlər bağlanacaq.

Bu barədə Fransanın daxili işlər naziri Kristofer Kastener bildirib.

big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31