Övladına qida ala bilməyən ana saçını satdı - FOTO

Banqladeşdə koronavirusa görə işləyə bilməyən ana övladına süd almaq üçün saçlarını satıb.

Günlük xadimə işləyən Şati Begüm adlı qadın koronavirusa görə iş yerləri bağlandığı üçün işsiz qalıb.

İşsiz qaldığına görə günlərlə bir yaşlı övladı ilə ac qalan qadın süd almaq üçün saçlarını 4 manata (15 lirə) satmaq məcburiyyətində qalıb.

Şati Begüm mətbuata açıqlamasında 3 övladının olduğunu bildirib: "Günlərdir ac qalırıq. 1 yaşlı övladıma görə saçlarımı saçmaq məcburiyyətində idim".

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31