Pilotlardan möhtəşəm hərəkət: Səmada ay-ulduz - Foto

Türk Hava Yollarının pilotları uçuş zamanı 23 aprel Milli Suverenlik və Uşaq Bayramı və Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 100 illiyi münasibətilə Ankara səmalarında ay-ulduz cızaraq uçuş edib.

23 aprel 1920-ci ilin şərəfinə təyyarənin bort nömrəsi TK1920 olaraq təyin edilib.

Xüsusi uçuş "Flightradar24"də anbaan izlənilib. Türk Hava Yollarının bu xüsusi uçuş haqqında hazırlayacağı reklam filmi isə sabah axşam rəsmi sosial şəbəkə hesablarında yayımlanacaq.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31