Nyu-York zooparkında heyvanlar koronavirusa yoluxdu

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində, Bronks rayonunda yerləşən zooparkda 4 pələng və 3 şir koronavirusa yoluxub.

Bu barədə zoopark rəhbərliyi bildirib.

Bununla da zooparkda 8 heyvanda virus qeydə alınıb. Aprelin əvvəlində dişi pələngin virusa yoluxduğu məlum olmuşdu.

Rəhbərliyin sözlərinə görə, heyvanlar özlərini yaxşı hiss edir.

Bronks zooparkı koronavirusla əlaqədar martın 16-dan etibarən bağlıdır. Orada yalnız onlayn rejimdə turlar keçirilib. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31