Koronaya qarşı zəfər bayramı faciəyə döndü
23 Aprel 2020 14:21 Dünyaİraq Kürd Regional Rəhbərliyinin Duhok şəhərində yeni tip koronavirusa qarşı keçirilən zəfər bayramı qanlı hadisə ilə nəticələnib.
Olaylar.az xəbər verir ki, şəhərdə 15 nəfərin pandemiyadan sağalması ilə bağlı keçirilən bayramda havaya güllə atılması nəticəsində 13 nəfər yaralanıb.
Yaralananlar xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, İraq Kürd Regional Rəhbərliyində 337 nəfər yeni tip koronavirusa yoluxub, 4 nəfər isə həyatını itirib. Bu günə kimi 292 nəfər sağalaraq evə buraxılıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31