Türkmənistanda yoluxma yoxdur: inanmırsınız? - Nazir

Ölkəmizdə koronavirusa yoluxma hadisəsi baş verməyib. Əgər belə bir şey olsaydı, Aşqabad Ümumdünya Səhiyyə Təşkilatına məlumat verərdi.

Bunu Türkmənistanın XİN başçısı Rəşid Meredov deyib.

"Biz heç nəyi gizlətmirik, açığıq. Türkmənistan BMT üzvü kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir", - Meredov bildirib.

XİN başçısı əcnəbi həmkarlarını Lepabsk vilayətindəki karantin mərkəzinə gələrək hər şeyi gözləri ilə görməyə çağırıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31